Daha bir ölkə FIFA-ya üzv olmaq istəyir


19.11.202611:17
Marşal adaları milli komandası futbol proqramını inkişaf etdirir və FIFA tərəfindən tanınmağa çalışır.
Msport.az xəbər verir ki, bu barədə Marşal Futbol Federasiyasının nümayəndəsi Mett Uebb açıqlamasında bildirib.
O, növbəti 12 ay ərzində öz ölkələrində bir oyun keçirməyi hədəflədiklərini söyləyib: “Bu, rəsmi tanınma yolunda atılmış mühüm addım olacaq. Biz bu matçı öz torpağımızda həyəta keçirməliyik. Sübut edəcəyik ki, burada futbol çox populyardır və biz beynəlxalq tədbirlər təşkil etmək iqtidarındayıq”.
Qeyd edək ki, Marşal adaları millisi ötən ilin fevralında ABŞ-nin Arkanzas ştatında təlim-məşq toplanışı keçib. Bu, oyunçu bazasının genişlənməsinə və qadın komandasının yaradılmasına təkan verib. Apreldə isə ölkə özünün ilk futzal yarışına ev sahibliyi edib.
Bənzər xəbərlər
19.11.202610:49
18.11.202620:43
18.11.202620:17
18.11.202616:32
18.11.202616:08
18.11.202615:43
