Cüdoçularımızın ilk rəqibləri məlum oldu


Cüdoçularımızın Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək gənclər arasında dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib."Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Noyabrın 19-dan 22-dək baş tutacaq dünya çempionatının fərdi yarışlarında Azərbaycan 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunacaq.
Mundialda 78 ölkədən 574 idmançı iştirak edəcək. Fərdi yarışlar noyabrın 19-21-də baş tutacaq.
Cüdoçularımızın ilk rəqibləri:Qızlar48 kq, 1/16 finalNərgiz Əhmədova - Maria Valensiya (Çili)
52 kq, 1/16 finalAysun Məmmədova - Rima Burihan (Kanada)
57 kq, 1/16 finalXədicə Qədəşova - Selin Bestav (Türkiyə) / Nino Xaraişvili (Gürcüstan) cütünün qalibi iləVüsalə Hacıyeva - Nika Tomts (Sloveniya)
63 kq, 1/16 finalHanna Zaytseva - Mariam Natelauri (Gürcüstan)
Oğlanlar60 kq, 1/16 finalAyxan Mirzəzadə - Gavreil Şanran Lu E Xan (Honkonq) / Stratos Xaralampus (Kipr) cütünün qalibi ilə
66 kq, 1/16 finalMəhəmməd Musayev - Maqni Lauritsen (Danimarka) / Yun Vinq Yat (Honkonq) cütünün qalibi ilə
81 kq, 1/32 finalMehdi Abbasov – Edoardo Mikele Russo (İtaliya)Cəsur İbadlı - Anas Buqammaz (Küveyt)
90 kq, 1/16 finalSüleyman Şükürov - Nikolas Zadvinski (ABŞ) / İnomjon Baxodirov (Özbəkistan) cütünün qalibi ilə
90 kq, 1/32 finalAslan Kotsoyev - Dilşod Naşirov (Özbəkistan)
100 kq, 1/16 finalDavud Namazlı - Fadil Məhəmməd İsmaqombetov (Qırğızıstan)
100 kq, 1/32 finalCanpolad Əliyev - İvan Harmaş (Ukrayna)
+100 kq, 1/16 finalRamazan Əhmədov - Temuulen Munxçuluun (Monqolustan)
Dərc vaxtına görə
