Cüdoçularımızın DÇ-dəki ilk rəqibləri məlum oldu


İdman
18 Noyabr 2026, 23:50
3920 baxış
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə gənclər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan təmsilçilərinin ilk rəqibləri bəlli olub. 19–22 noyabr tarixlərində keçiriləcək dünya çempionatının fərdi yarışlarında Azərbaycan 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunacaq. Azərbaycan cüdoçularının ilk rəqibləri
Qızlar -48 kq, 1/16 final Nərgiz Əhmədova – Maria Valensiya (Çili) -52 kq, 1/16 final Aysun Məmmədova – Rima Burihan (Kanada) -57 kq, 1/16 final Xədicə Qədəşova – Selin Bestav (Türkiyə) / Nino Xaraişvili (Gürcüstan) cütünün qalibi ilə Vüsalə Hacıyeva – Nika Tomts (Sloveniya) -63 kq, 1/16 final Hanna Zaytseva – Mariam Natelauri (Gürcüstan)
Oğlanlar -60 kq, 1/16 final Ayxan Mirzəzadə – Gavreil Şanran Lu E Xan (Honkonq) / Stratos Xaralampus (Kipr) cütünün qalibi ilə -66 kq, 1/16 final Məhəmməd Musayev – Maqni Lauritsen (Danimarka) / Yun Vinq Yat (Honkonq) cütünün qalibi ilə -81 kq, 1/32 final Mehdi Abbasov – Edoardo Mikele Russo (İtaliya) Cəsur İbadlı – Anas Buqammaz (Küveyt) -90 kq, 1/16 final Süleyman Şükürov – Nikolas Zadvinski (ABŞ) / İnomjon Baxodirov (Özbəkistan) cütünün qalibi ilə -90 kq, 1/32 final Aslan Kotsoyev – Dilşod Naşirov (Özbəkistan) -100 kq, 1/16 final Davud Namazlı – Fadil Məhəmməd İsmaqombetov (Qırğızıstan) -100 kq, 1/32 final Canpolad Əliyev – İvan Harmaş (Ukrayna) +100 kq, 1/16 final Ramazan Əhmədov – Temuulen Munxçuluun (Monqolustan) Mundialda 78 ölkədən 574 idmançı iştirak edəcək. Fərdi yarışlar noyabrın 19–21-də baş tutacaq.
Dərc vaxtına görə
