Gözlər Xankəndi, Binə və Mingəçevirdə - CANLI YAYIM


Bu gün I Liqanın 8-ci tura start veriləcək.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçiriləcək.
Heç şübhəsiz, ən maraqla gözlənilən qarşılaşma Xankəndidə olacaq. "Xankəndi" doğma şəhərindəki ilk oyununda "Karvan-Yevlax"ı qəbul edəcək.
Əsaslı yenidənqurmadan sonra bugnlərdə istifadəyə verilən Xankəndi şəhər stadionunda başlanğıc fiti saat 16:00-da səsləndiriləcək.
Yevlax təmsilçisi turnir cədvəlində 13 xalla dördüncü, ev sahibləri isə 6 xalla yeddinci sırada yer alıblar.
Xankəndi stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Uğursuzluq zolağında olan "Səbail" Binədə MOİK-in önünə çıxacaq. Ötən tur "Şahdağ"la görüşü boykot etmiş "Mingəçevir" isə "Baku Sportinq"lə üz-üzə gələcək.
MOİK – “Səbail” Hakimlər: Namiq Bəkirov, Safalı Ağayev, Məmmədəli Kərimov, Alik Yunusov Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Anar Şıxəliyev Binə qəsəbə stadionu, 14:00
“Mingəçevir” – “Baku Sportinq” Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Aydın Baxşiyev, Rövşən Rəcəbov Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Seymur Səlimli Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:30
“Xankəndi” – “Karvan-Yevlax” Hakimlər: Kamranbəy Rəhimov, Sənan Atayev, Vüqar Bayramov, Nazim Abdullayev Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Zümrüd Ağayeva Xankəndi şəhər stadionu, 16:00
