CTA: "Maffeo Mbappeni yıxsa da, qırmızı vərəqə üçün bütün meyarlar yox idi"


İspaniya Futbol Hakimləri Komitəsi "Valensiya"nın müdafiəçisi Pablo Maffeonun Kiliyan Mbappeyə qarşı qayda pozuntusuna görə meydandan qovulmamasını düzgün qərar hesab edib.
Offsideplus.az xəbər verir ki, La Liqanın 12-ci turunda "Real Madrid"lə oyunun 25-ci dəqiqəsində Maffeo sonuncu müdafiəçi kimi Mbappeni arxadan itələyərək yıxıb. Baş hakim Fransisko Ernandes Maeso ispaniyalı futbolçuya sarı vərəqə göstərib. Bu epizoddan sonra "Real Madrid" sərbəst zərbədən hesabı açıb.
Komitənin açıqlamasında bildirilib: "Hücumçu və müdafiəçi top uğrunda mübarizə aparırdı. Maffeo Mbappeni arxadan itələyib yıxdı, lakin hücumçu topa nəzarət etmirdi. Qol imkanının açıq şəkildə əldən alınması üçün bütün meyarlar yerinə yetirilmədi. Bu səbəbdən Maffeonun hərəkəti üçün sərbəst zərbə və sarı vərəqə kifayətdir".
1 mənbə
