Antalyada keçirilən COP31 konfransında iqlim sazişinin yenilənmiş layihəsi açıqlandı


9 mənbə əsasında
Antalyada təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının həmsədrləri olan Türkiyə və Avstraliya yekun sazişin yenilənmiş variantını təqdim ediblər. Yeni sənəddə qazıntı yanacağının istifadəsi və inkişaf etməkdə olan dövlətlərə maliyyə dəstəyi kimi əsas narahatlıq doğuran məsələlər öz əksini tapıb. Konfransın sədri Murat Kurum mətnin bütün iştirakçılar tərəfindən qəbul edilə biləcəyini bildirib. Sənədin məzmunu ətrafındakı fikir ayrılıqları səbəbindən cümə günü bitməli olan tədbir həftəsonuna qədər uzadılıb və yekun sazişin bazar günü təsdiqlənməsi nəzərdə tutulur.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
COP31-də iqlim sazişinin yeni layihəsi təqdim olunub
Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) həmsədrlik edən Türkiyə və Avstraliya yekun sazişin yenilənmiş layihəsini təqdim ediblər və bunun danışıqlar iştirakçıları arasındakı fikir ayrılıqlarını aradan qaldırmağa imkan verəcəyi gözlənilir.Məlumata görə, yeni sənəd tərəflərin əsas tələblərini, o cümlədən qazıntı yanacağının istifadəsi və inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə uyğunlaşması üçün maliyyə dəstəyi ilə bağlı tələbləri nəzərə alır."Təklif olunan mətn bütün iştirakçılar tərəfindən qəbul edilə bilər. Yenilənmiş layihədə tərəflərin əsas narahatlıqları, o cümlədən qazıntı yanacağı və inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsi məsələləri nəzərə alınıb", - COP31-in sədri Murat Kurum bildirib.İki həftəlik konfrans cümə günü başa çatmalı idi, lakin iqlim dəyişikliyi ilə mübarizə üzrə gələcək tədbirləri müəyyən edən yekun sənədin məzmunu ilə bağlı fikir ayrılıqlarına görə danışıqlar həftəsonuna qədər uzadılıb.Sazişin bazar günü təsdiqlənəcəyi gözlənilir.AP-nin qeyd etdiyi kimi, COP31-də konsensusun əldə olunması iqlim sahəsində beynəlxalq əməkdaşlığın davam etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətlərin istixana qazı tullantılarının azaldılması üzrə gələcək tədbirlərinin nə dərəcədə konkret və məcburi olacağı yekun sənədin məzmunundan asılı olacaq/Report.
Tam oxu Mia.az saytındaDərc vaxtına görə