“Real Madrid”dən 4 mövsüm sonra uğurlu seriya
Sportify.azRedaktor


İspaniya klubu “Real Madrid” bütün turnirlər nəzərə alınmaqla ardıcıl 9-cu qələbəsini əldə edib.
Sportify.az xəbər verir ki, Joze Mourinyonun rəhbərlik etdiyi komanda La Liqanın 13-cü turunda “Selta”nı 2:1 hesabı ilə üstələyib.
Madrid təmsilçisi bu qarşılaşmayadək İspaniya çempionatında 5, UEFA Çempionlar Liqasında isə 3 qələbə qazanıb.
Qeyd edək ki, “Real” sonuncu dəfə 2022/2023 mövsümünün əvvəlində belə nəticə göstərib. Həmin vaxt Karlo Ançelottinin çalışdırdığı kollektiv də ardıcıl 9 matçda meydanı qalib tərk edib. 2021/2022 mövsümünün son görüşü də nəzərə alınarsa, madridlilərin qələbə seriyası 10 oyuna çatıb.
