Çin mağaralarında tapılan qədim dişlər insan təkamülü ilə bağlı təsəvvürləri dəyişə bilər


Çinin cənubundakı iki mağarada aşkar edilmiş qədim insan dişləri Homo erectus növünün əvvəllər düşünüləndən daha mürəkkəb yaşayış şəraitinə uyğunlaşdığını göstərib. Tapıntılar bu insan növünün tropik meşələrdə də yaşaya bildiyinə dair yeni elmi sübutlar təqdim edir.
Plat.az Reuters-in elmi xəbərlərinə istinadən xəbər verir ki, tədqiqatçılar Qansi bölgəsində yerləşən Baxian və Naxian mağaralarında səkkiz fosilləşmiş diş aşkarlayıblar. Müayinələr onların təxminən 184–324 min il əvvələ aid olduğunu göstərib. Alimlər bu tapıntıları Homo erectus növünün Avrasiyada mövcudluğunun daha uzun müddət davam etdiyinə dair mühüm dəlil hesab edirlər. Əvvəllər həmin insan növünün tropik meşə mühitində yaşamaq imkanları barədə məlumatlar məhdud idi. Yeni araşdırma isə onun müxtəlif təbii şəraitə uyğunlaşma qabiliyyətinin daha geniş olduğunu göstərir. Tapıntıların insanın qədim miqrasiyası və təkamül tarixinin yenidən qiymətləndirilməsinə kömək edəcəyi gözlənilir.
1 mənbə
