Ağdam Muğam Mərkəzinin amfiteatrında ilk konsert keçirilib


21:28 Mədəniyyət
Ağdam Şəhəri Günü münasibətilə Ağdam Muğam Mərkəzinin açıq amfiteatrında mini-konsert proqramı keçirilib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən konsertdə "Qaya" Dövlət Ansamblı və xanəndələr çıxış ediblər.
Rəngarəng musiqi nömrələri tamaşaçılara bayram ovqatı bəxş edib və maraqla qarşılanıb. Qeyd edək ki, bu konsert ötən il istifadəyə verilən mərkəzin amfiteatrında keçirilən ilk mədəni-kütləvi tədbirdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00
Dərc vaxtına görə
