Ajda Pekkanın enerjisi izləyiciləri təəccübləndirdi
Tezadlar.azAsif Memmedov


Türkiyənin məşhur müğənnisi Ajda Pekkan yaşına baxmayaraq, gənc görünüşü və enerjisi ilə diqqət çəkməyə davam edir.
Tezadlar.az xəbər verir ki, sənətçinin qatıldığı son tədbirdən yayılan görüntülər sosial şəbəkələrdə maraq doğurub. Ağ rəngli zərif koftası, sarı saçları və şux əhvalı ilə seçilən 80 yaşlı ifaçının görünüşü izləyiciləri təəccübləndirib.
Uzun illərdir səhnə fəaliyyətini davam etdirən Ajda Pekkan həm xarici görünüşü, həm də yüksək enerjisi ilə müzakirə mövzusu olmağı bacarır.