Çin bu ölkənin turizm şirkətləriə qapını açdı


Çin və Cənubi Koreya turizm və xidmət sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Plat.az-ın “Reuters”ə istinadla məlumatına görə, iki ölkə arasında xidmətlər və investisiyalar üzrə azad ticarət sazişinin davamı ilə bağlı danışıqlar əsasən yekunlaşıb. Razılaşmanın turizm, əyləncə, maliyyə və pərakəndə ticarət sahələrində əməkdaşlığa müsbət təsir göstərəcəyi gözlənilir.
Razılaşmanın diqqətçəkən məqamlarından biri Çinin Cənubi Koreya turizm agentliklərinə ölkənin 23 bölgəsində fəaliyyət göstərmək imkanı verməsidir.
Bundan başqa, tərəflər televiziya proqramlarının, serialların, animasiya və sənədli filmlərin birgə istehsalı üzrə əməkdaşlığı da müzakirə ediblər.
Qeyd edək ki, Çin və Cənubi Koreya arasında turizm və əyləncə sahələrində məhdudiyyətlər təxminən on ildir davam edirdi. Yeni razılaşmaların bu sahələrdə münasibətlərin yumşalmasına şərait yaradacağı ehtimal olunur.
