Taxıl ehtiyatları artır, ərzaq bazarında balans dəyişir


19 Noyabr 2026 17:10
81
İQTİSADİYYAT
FAO-dan yeni proqnoz
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qlobal ərzaq bazarları ilə bağlı yeni proqnozlarını açıqlayıb. Təşkilatın qiymətləndirməsinə görə, dünya taxıl ehtiyatları 2027-ci ildə başa çatan mövsümlər üzrə 1,8 faiz artacaq. Bununla yanaşı, 2026/2027-ci kənd təsərrüfatı mövsümündə qlobal taxıl ticarətinin 3,3 faiz azalacağı gözlənilir.
FAO-nun hesabatında bildirilir ki, buğda və iri dənli bitkilər üzrə tədarükün kifayət qədər olması gözlənilir. Ehtiyatların artımında Rusiya və Ukrayadakı buğda ehtiyatları da mühüm rol oynayacaq.
Bununla belə, ərzaq bazarının bütün seqmentlərində eyni dinamika müşahidə olunmur. Qlobal düyü istehsalının son dörd mövsümdə ilk dəfə azalacağı, şəkər istehsalının isə istehlak səviyyəsindən aşağı düşəcəyi proqnozlaşdırılır. Bitki yağı bazarında da tələb və təklif balansının daralacağı gözlənilir.
Süd məhsulları bazarında isə artım tendensiyası davam edəcək. FAO bu il dünya üzrə süd istehsalının 1,8 faiz, süd məhsulları ticarətinin isə 2,1 faiz artacağını proqnozlaşdırır. Ət istehsalında artımın məhdud olacağı, xüsusilə mal əti və qoyun əti istehsalının azalacağı bildirilir.
Beləliklə, FAO-nun proqnozları qlobal ərzaq bazarında taxıl ehtiyatlarının artmasına baxmayaraq, ayrı-ayrı məhsul qrupları üzrə istehsal və ticarət dinamikasının fərqli olacağını göstərir.
“Azərbaycan”
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!