Çin, ABŞ və Rusiyadan birgə Sülh Bəyannaməsi


Dünya 19 Noyabr, 202615:41
Kreml Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdə qəbul edilmiş Sülh Bəyannaməsinin tam mətnini yayımlayıb. Bəyannamədə enerji təhlükəsizliyi, BMT islahatı və nüvə risklərinin azaldılması vurğulanır.
Tezadlar.az xəbər verir ki, Kreml Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra qəbul edilmiş Sülh Bəyannaməsinin tam mətnini ictimaiyyətlə paylaşıb.
Bəyannamədə üç ölkə BMT-nin qlobal problemlərə daha effektiv reaksiya verməsi və beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün islahatlara dəstək ifadə edib.
Bəyannamədə həmçinin enerji məsələsinə toxunulub və neft məhsullarının istehsalını və tədarükünü artırmaq üçün planların hazırlandığı bildirilib. Üç ölkə sabit enerji təchizatının vacibliyini bir daha təsdiqləyib.
Liderlər dövlətlərin suverenliyinə və razılıq prinsipinə hörmət etməyin vacibliyini vurğulayıblar. Onlar həmçinin dövlət məmurlarına verilən toxunulmazlığa hörmət edilməli və Beynəlxalq Cinayət Məhkəməsi və oxşar qurumlar öz səlahiyyətlərindən sui-istifadə etməməlidirlər deyə razılığa gəliblər.
Bəyannamədə həmçinin nüvə silahları ilə bağlı mühüm mesajlar yer alıb. Üç lider nüvə müharibəsində qalibin olmayacağını və belə bir müharibənin heç vaxt başlamamalı olduğunu bir daha vurğulayıblar. Ölkələrin nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmasının qarşısının alınması ilə bağlı dialoq aparacaqları bildirilib.
Bu arada, Kremlin sözçüsü Dmitri Peskov Putin, Si Cinpin və Tramp arasında keçirilən görüşdə Ukraynanın əsas gündəm maddəsi olmadığını açıqlayıb.
ELBAR
Dərc vaxtına görə