ABŞ, Çin və Rusiya liderləri birgə bəyannamə qəbul etdilər


BAKI, 19 noyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin Şençjen şəhərində keçirilən üçtərəfli görüşün yekununda birgə bəyannamə qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Üç ölkənin liderlərinin tarixdə ilk dəfə keçirilən üçtərəfli görüşü təxminən bir saat yarım davam edib.
Vladimir Putin, Donald Tramp və Si Cinpin görüşdən sonra mediaya açıqlama verməyib.
Dərc vaxtına görə