Azərbaycan və İtaliya xarici işlər nazirlərinin görüşü keçirilib


18 mənbə əsasında
Noyabrın 23-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtaliyanın xarici işlər naziri Antonio Tayanini qarşılayıb. Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi sosial media hesablarında məlumat yayılıb. Görüş çərçivəsində tərəflər arasında təkbətək danışıqlar baş tutub. Səfər və görüşlə bağlı digər detallar XİN tərəfindən ictimaiyyətə təqdim olunub.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Ceyhun Bayramov və Antonio Tayani arasında geniş tərkibdə görüş keçirilib
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanca səfərdə olan İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb.Bu barədə Oxu24.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.Görüşdə Azərbaycan-İtaliya münasibətlərinin cari vəziyyəti, strateji tərəfdaşlığın inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.Azərbaycan-İtaliya münasibətlərinin dostluq və qarşılıqlı etimad əsasında inkişaf etdiyi məmnunluqla vurğulanıb. Dövlət və hökumət başçıları səviyyəsində qarşılıqlı səfər və təmasların əhəmiyyəti qeyd olunub.İqtisadi-ticarət əlaqələrinin Azərbaycan-İtaliya əməkdaşlığının aparıcı istiqamətlərindən biri olduğu qeyd edilib. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı, Azərbaycanın isə Cənubi Qafqaz regionunda İtaliyanın ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.Bu gün Bakıda keçirilmiş Azərbaycan-İtaliya Biznes Forumunun iki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və yeni investisiya imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.Azərbaycanın uzun illərdir İtaliyanın etibarlı neft və təbii qaz təchizatçısı kimi çıxış etdiyi, həmçinin sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə toxunulub.İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti, xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr yüksək qiymətləndirilib.Nəqliyyat və logistika sahəsində əməkdaşlığın geniş potensialına diqqət çəkilib. Orta Dəhlizin artan əhəmiyyəti, Azərbaycanın bu marşrut üzrə mühüm tranzit və logistika mərkəzi kimi rolu qeyd olunub. İtaliya şirkətləri Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının yaratdığı imkanlardan faydalanmağa dəvət edilib.Humanitar sahədə əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi Bakı şəhərində fəaliyyət göstərən İta
Tam oxu Oxu24.com saytındaDərc vaxtına görə
