Çəkisi 450 kq olan cütlük yataqda ikən döşəmə çökdü, bina çat verdi


İngiltərənin Liverpul qəsəbəsində kuryoz olay baş verib.
“Bakupost” xəbər verir ki, birlikdə çəkiləri 450 kq-a çatan cütlük yataq otağında münasibətdə olarkən ağırlığa və təzyiqə davam gətirməyən yataq otağının döşəməsi çöküb.
İddialara görə, çarpayı ilə birgə onlar 3 mərtəbə hündürlüyündən yerə düşüblər. Qorxunc hadisədən kişi və qadın yüngül zədələrlə qurtula bilib.
Bina sakinləri bildirib ki, binada çatlar yaranıb. Bu da binanın köhnə olduğu iddiasını təsdiqləyib.
Hazırda həmin cütlük başqa yerdə müvəqqəti yaşayır.
Aygün Musayeva