Ceff Tiq karyerasındakı ən böyük peşmanlığını açıqlayıb


NBA çempionu Ceff Tiq Avropa basketbolunun karyera qurmaq üçün əla imkanlar yaratdığını bildirib.
Offsideplus.az xəbər verir ki, təcrübəli oyunçu "Barselona"dan aldığı təklifi qəbul etmədiyinə görə peşman olduğunu deyib. Tiq bu barədə bunları qeyd edib:
"NBA-dan dəvət almayan bütün gənclərə Kentrik Nannın yolunu izləməyi məsləhət görərdim. O, hələ gəncdir və maliyyə baxımından tam rahatdır. Lider rolu, yaxşı qazanc, Afinada həyat – oyunçular üçün ideal şəraitdir. Mənim də "Barselona"dan iki illik, oxşar məbləğdə təklifim var idi. Lakin məsafə çox uzaq olduğuna görə imtina etdim. Karyeramda ən çox peşman olduğum məqam məhz bu qərarı verməyimdir. Bəlkə də, hər şey başqa cür olardı və karyeramı bitirməzdim. Amma indi belədir".
