Cabbar Musayev: “Mahnının məşhurlaşması üçün 4 səbəb olmalıdır”


Maqazin
19 Noyabr 2026, 12:36
0 baxış
“Mahnının məşhurlaşması üçün 4 səbəb olmalıdır”.
“Yenicag.az” xəbər verir ki, bu sözləri bəstəkar Cabbar Musayev “Qonaqcanlı” verilişində deyib.
O, mahnının uğurlu olmasının şərtlərini açıqlayıb:
“Mahnının məşhurlaşması üçün 4 səbəb olmalıdır. Birincisi, gözəl şeir olmalıdır. İkincisi, o gözəl şeirə gözəl musiqi bəstələnməlidir. Üçüncüsü, mahnı mükəmməl aranjiman olunmalıdır və dördüncüsü, müğənni onu gözəl ifa etməlidir. Bunların hansısa biri düz gəlməyəndə o mahnı uğur qazanmır. Ola bilər üç səbəbə görə mahnı bir az eşidilsin, sevilsin, sonra dayansın. Amma dörd şərt mütləqdir, əgər şərtlər yerinə yetirilsə, o mahnı məşhur olacaq”.
Nehru
Sfera.az+1 mənbə