Röyanın qardaşı oğlu ilə əyləncəli anları


Kateqoriya məlum deyil19.11.2026 14:50
Xalq artisti Röya Ayxanın qardaşı İsmayılın oğlu Mete ilə əyləncəli anları sosial şəbəkələrdə maraq doğurub.
Sfera.az xəbər verir ki, pop ulduzunun balaca Mete ilə səmimi görüntülərində maraqlı məqam yaşanıb. Belə ki, uşaq oyun zamanı xalasının libasına zərər versə də, Röya ona əsəbiləşməyib. Əksinə, sənətçinin balaca ilə mehriban davranışı diqqət çəkib.
Görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb və Röya Ayxanın ailə üzvü ilə isti münasibəti rəğbət doğurub.
Dərc vaxtına görə