Bütün dövrlərin ən böyük kino ulduzu seçildi


Amerikanın “Variety” jurnalı bütün dövrlərin ən böyük 100 kino ulduzunun reytinqini açıqlayıb."Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, siyahının ilk pilləsində Hollivudun əfsanəvi aktrisası Merilin Monro qərarlaşıb. İkinci yeri Hamfri Boqart, üçüncü yeri isə Çarli Çaplin tutub.
İlk onluqda, həmçinin Cek Nikolson, Ketrin Hepbern, Sidni Puatye, Marlon Brando, Tom Kruz, Toşiro Mifune və Barbra Streyzand yer alıb.
Reytinq “Variety”nin kino tənqidçiləri tərəfindən hazırlanıb. Siyahı tərtib edilərkən aktyorların sənətkarlığı, ekran xarizması, populyarlığı, kino tarixindəki yeri və kütləvi mədəniyyətə təsiri nəzərə alınıb.
Nəşr hər bir ulduz üçün onun karyerasında xüsusi əhəmiyyət daşıyan bir filmi də seçib. Merilin Monro üçün “Cənablar sarışınları seçir”, Hamfri Boqart üçün “Kasablanka”, Çarli Çaplin üçün isə “Qızıl hərisliyi” filmi göstərilib.
Müasir aktyorlar arasında ən yüksək pillədə Tom Kruz qərarlaşıb. O, səkkizinci yerdədir. Culiya Roberts 13-cü, Tom Henks 17-ci, Bred Pitt 29-cu, Leonardo Di Kaprio 38-ci, Robert Pattinson 83-cü, Timoti Şalame 86-cı, Zendaya isə 98-ci sırada yer alıb.
Siyahıda, həmçinin Qreta Qarbo, Odri Hepbern, Meril Strip, Ceyms Din, Klint İstvud, Robert De Niro, Al Paçino, Brüs Li, Sofi Loren və Uill Smit kimi məşhur aktyorların adları da var.
Dərc vaxtına görə
Turaztv.azoxuduğunuz
Bütün dövrlərin ən böyük kino ulduzu seçildi
