“İnter” “Napoli”nin futbolçusunu transfer etmək istəyir


Kamerunlu yarımmüdafiəçi Andre-Frank Zambo-Anquissanın gələcəyi ilə bağlı ziddiyyətli xəbərlər yayılmaqda davam edir.
90deqiqe.Az-ın “fcinter1908.it”ə istinadən məlumatına görə, hazırda “Napoli”də çıxış edən futbolçunun karyerasını “İnter”də davam etdirə biləcəyi bildirilir. Milan klubu 30 yaşlı yarımmüdafiəçinin transferində maraqlıdır.
Məlumata görə, “İnter” uzun müddətdir yarımmüdafiənin mərkəzində çatışmayan fiziki və oyun keyfiyyətlərinə malik futbolçu axtarır. Klub son iki yay transfer pəncərəsində bu profilə uyğun oyunçu tapmağa çalışsa da, istəyinə nail ola bilməyib.
Anquissanın yayda “Napoli”dən ayrılma ehtimalı yüksək qiymətləndirilir və “İnter” onun transferini nəzərdən keçirir.
Mümkün keçid komandanın heyətində gözlənilən dəyişikliklər baxımından da aktualdır. Belə ki, Henrix Mxitaryanın klubdan ayrılacağı gözlənilir. Hakan Çalhanoğlunun 2027-ci ilədək müqaviləsi olsa da, onun gələcəyi ilə bağlı müzakirələr davam edir. Mövsüm ərzində əsasən ehtiyat oyunçular sırasında yer alan Dejan Stankoviçin isə daha çox oyun təcrübəsi qazanmaq üçün komandadan ayrılması mümkündür.
Qeyd edək ki, “İnter” hazırda İtaliya A Seriyasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
