Azərbaycan Tibb Universiteti 355 minlik tenderi "bağlı" şirkətə verib - FOTOFAKT


Azərbaycan Tibb Universitetinin qazanxanalarında cari təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderə yekun vurulub.
32gun.az-ın məlumatına görə, müsabiqənin qalibi olan “Gue Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 355 min 20,77 manat dəyərində müqavilə bağlanıb.
Diqqət çəkən əsas məqam isə nəhəng tenderin qalibi seçilən şirkətin rəsmi bazada vergi ödəyicisi kimi passiv statusda olmasıdır. Qeyd edək ki, 100 manat nizamnamə kapitalına malik olan şirkət Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil 58 ünvanında qeydiyyatdadır və qanuni təmsilçisi Üzeyir Qurbanov Qurban oğludur.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəylidir.
Nilay
1 mənbə
