Bukayo Saka daha 4 həftə yaşıl meydanlardan uzaq qalacaq


“Arsenal”ın futbolçusu Bukayo Saka daha dörd həftə komandaya kömək edə bilməyəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Mikel Arteta məlumat verib.
İspaniyalı mütəxəssis bildirib ki, aparılan növbəti müayinədən sonra futbolçunun zədəsinin təxminən 8 həftə davam edəcəyi məlum olub. Saka artıq bu müddətin 4 həftəsini geridə qoyub.
