Bu yol sürücülər üçün ciddi təhlükə yaradır


Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu şəhərindən Girdimançaya qədər uzanan bir neçə kilometrlik hissəsi bərbad vəziyyətə düşüb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, yolun müəyyən hissələrində asfalt örtüyü dağılıb, dərin çalalar, çökmələr və qabarmalar yaranıb. Yol yatağının deformasiyaya uğraması nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.
Sürücülər bildirirlər ki, çalalara düşən avtomobillər zədələnir, bəziləri isə hərəkətini davam etdirə bilmir. Mövcud vəziyyət yoldan istifadə edənlər üçün ciddi təhlükə yaradır.
