Şahbuzda 700 ağac əkilib


20 noyabrda Şahbuz rayonunda ətraf mühitin qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın təmin olunması məqsədilə genişmiqyaslı ağacəkmə kampaniyası keçirilib.
Kampaniyada rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak edərək yaşıllaşdırma işlərinə dəstək veriblər.
Tədbir çərçivəsində ərazidə 200 çinar, 300 meşə ağacı və 200 meyvə ağacı olmaqla ümumilikdə 700 ağac əkilib.
Əkilən tinglərin sağlam inkişafı üçün aqrotexniki qulluq işləri də aparılıb. Tinglərə üzvi gübrə verilib, gövdələri zərərvericilərdən qorumaq məqsədilə xüsusi məhlulla ağardılıb və suvarılıb.
Qeyd olunub ki, bu cür yaşıllaşdırma tədbirləri rayonun ekoloji mühitinin yaxşılaşdırılmasına, təbii sərvətlərin qorunmasına və gələcək nəsillər üçün daha sağlam ətraf mühitin yaradılmasına xidmət edir.
1 mənbə