Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd olundu - Video


20 noyabr – Ağdam Şəhəri Günü münasibətilə Ağdam şəhərində silsilə bayram tədbirləri keçirilib.
Axar.az xəbər verir ki, tədbirlər Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Turizm Agentliyinin, ASAN Xidmət,Qarabağ Dirçəliş Fondunun, Azərbaycan Respublikası Atçılıq Federasiyasının, Aqrar Tədarük və Təchizat ASC və Böyük Qayıdış Könüllülərinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin əsas məqsədi Ağdamın işğaldan azad olunmasını əks etdirən Zəfər tarixini yaşatmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, şəhərin mədəni həyatını zənginləşdirmək və doğma yurdlarına qayıdan sakinlərə bayram sevinci yaşatmaqdır.
Ağdam Şəhəri Günü hərbçilərin və Qarabağ atlarının şəhər küçələri ilə İmarət Kompleksinə doğru yürüşü ilə başlayıb.
Gün ərzində təşkil olunan yarmarkada yerli istehsalçılar və sahibkarlar müxtəlif məhsullarını təqdim ediblər. Qonaqlara təqdim olunan milli mətbəx nümunələri bayram tədbirlərinə xüsusi rəng qatıb. Həmçinin Qarabağ atlarının şousu və cövkən oyunu, ərazidə musiqi müşayiəti, maskotların iştirakı, canlı milli musiqi proqramı iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş edib.
Proqram çərçivəsində Ağdam Muğam Mərkəzində incəsənət sərgiləri təşkil olunub, məktəblilər üçün rəsm üzrə ustad dərsləri keçirilib. Mərkəzin amfiteatrında “Qaya” qrupunun iştirakı ilə mini-konsert proqramı təqdim edilib, qapalı zalında isə Ağdam şəhəri haqqında sənədli film nümayiş olunub.
Bununla yanaşı, Ağdam şəhər 1 nömrəli tam orta məktəbində şagirdlər üçün “Göyçək Fatma” tamaşası göstərilib.
Günün davamında rəsmi şəxslər incəsənət sərgiləri ilə tanış olublar. Ağdam Muğam Mərkəzinin səhnəsində “Ağdam üçün oxu” adlı klip nümayiş etdirilib. Bayram proqramı möhtəşəm qala-konsertlə davam edib.
Bayram tədbirləri atəşfəşanlıqla başa çatıb.
Bayram tədbirlərində dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, Ağdam sakinləri, qonaqlar, eləcə də aidiyyəti qurumların əməkdaşları iştirak ediblər.
Tarix
2026.11.20 / 22:25
Müəllif
Aygün Səfərova
Digər xəbərlər
BDU-nun işdən çıxarılan prorektoru kimdir?
Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
Bakı dünya güclərini üstələyə bilər – Belyayev
Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir
İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto
Vyetnama nə satıb, nələr almışıq?
İlham Əliyev Le Minh Hunq ilə görüşdü
Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq
Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?