Bu ölkənin Prezidenti İSTEFA VERDİ


Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux vəzifəsindən istefa vermək qərarına gəldiyini bəyan edib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “CentralAsia.media” məlumat yayıb.
Xurelsux istefasının səbəbi kimi Demokrat Partiyasının parlament fraksiyasının tələblərini göstərib. O, həmçinin nüfuzunun və şərəfinin bərpası üçün səlahiyyətli orqanlara müraciət edərək müvafiq araşdırmadan keçmək niyyətində olduğunu bildirib.
“Prezidentlik səlahiyyətlərimi təhvil verəcəyəm. Şərəf və ləyaqətimin bərpası üçün səlahiyyətli orqanlara müraciət etmək niyyətindəyəm. Demokrat Partiyasının parlament fraksiyası istefamı və müvafiq araşdırmadan keçməyimi tələb edib. Bu tələbi qəbul edirəm”, – deyə o bildirib.
Prezident vəzifədə olduğu müddətdə heç vaxt yalan danışmadığını, mənimsəmə və aldatma hallarına yol vermədiyini vurğulayıb. O, qanunsuz mənimsənilmiş vəsaitlərin geri qaytarılmasına kömək etdiyini də qeyd edib.
Məlumata görə, Monqolustanda dövlət başçısının könüllü istefası ilə bağlı Konstitusiyada və prezidentlik haqqında qanunvericilikdə nəzərdə tutulan prosedur işə salınacaq.
