Bu ölkədə faciə: Uşaqları daşıyan avtobus AŞDI-ÖLƏN VAR


Çexiyada məktəbəqədər yaşlı uşaqları daşıyan avtobus minik avtomobili ilə toqquşub. Qəza nəticəsində avtobusun sürücüsü olan qadın həyatını itirib, 10-u uşaq olmaqla 14 nəfər xəsarət alıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə Çexiyanın CTK xəbər agentliyi xilasetmə xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, avtobusda təxminən 30 məktəbəqədər yaşlı uşaq olub. Yaralılardan beşinin vəziyyəti orta ağır, digərlərinin isə yüngül qiymətləndirilir. Onların hamısı Pilsen şəhərindəki Universitet Xəstəxanasına çatdırılıb.
Toqquşmadan sonra avtobus yamacdan aşağı sürüşərək əyilib. Qoruyucu məhəccər onun daha aşağı düşməsinin qarşısını alıb. Yanğınsöndürənlər sərnişinləri avtobusun pəncərələrindən təxliyə etməli olublar.
Hadisənin şahidlərindən biri Çexiyanın “Novinky” nəşrinə açıqlamasında uşaqların ağladığını və baş verənləri anlamadıqlarını bildirib.
Qəza Qərbi Bohemiyanın tarixi bölgəsində, Pilsen şəhərindən təxminən 10 kilometr şimalda yerləşən Třemošná şəhəri yaxınlığındakı avtomobil yolunda baş verib.
Qəzanın başvermə səbəbi hələlik məlum deyil.