Bu avtomobilin istehsalı DAYANDIRILIB


Almaniyanın avtomobil istehsalçısı “Audi” şirkəti məşhur lüks sedan modeli A8-in istehsalını dayandırıb. Şirkət bu barədə rəsmi açıqlama verməsə də, son avtomobillər oktyabrın ortalarında konveyerdən çıxıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, Almaniyada Audi A8 üçün sifarişlərin qəbulu hələ 2026-cı ilin fevralında dayandırılıb.
Modelin 32 il ərzində istehsal olunduğu Nekkarsulm zavodunda hazırda yalnız Audi A5 sedan və universal modelləri istehsal edilir.
Bununla yanaşı, zavodun gələcək taleyi ilə bağlı da qeyri-müəyyənlik var. Onun fəaliyyətini tamamilə dayandıra biləcəyi ehtimal olunur.
Avropa avtomobil mediasında modelin istehsalının başqa ölkələrdə davam etdirilə biləcəyi ilə bağlı xəbərlər yayılsa da, bu məsələ hələlik təsdiqlənməyib. Hətta “Volkswagen AG” konserni daxilində belə A8-in gələcəyi ilə bağlı qeyri-müəyyənlik qalır.
Qeyd edək ki, Audi A8 ilk dəfə 1994-cü ildə təqdim olunub. Model alüminiumdan hazırlanmış yükdaşıyıcı kuzova malik ilk kütləvi istehsal avtomobili kimi tarixə düşüb. A8 indiyədək dörd nəsil dəyişib. Sonuncu, D5 nəsli 2017–2026-cı illərdə istehsal olunub.
