Britaniya regionda Orta Dəhlizin inkişafını dəstəkləməkdə maraqlıdır - Britaniya səfiri


Ana SəhifəBİZNESBritaniya regionda Orta Dəhlizin inkişafını dəstəkləməkdə maraqlıdır - Britaniya səfiri
BİZNES18.11.2026 10:50
236
Cənubi Qafqazda sülh prosesinin başa çatması Orta Dəhlizin iqtisadi potensialının reallaşdırılması və regional sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Böyük Britaniya regionun iqtisadi inkişafına dəstək göstərməkdə maraqlıdır.
Fins.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman noyabrın 17-də Bakıda keçirilən mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, Orta Dəhliz üzrə səmərəli nəqliyyat marşrutunun yaradılması uzunmüddətli proses olacaq və bunun üçün zəruri şəraitin formalaşdırılması vacibdir.
“Bu o demək deyil ki, bütün bu məsələləri həll etmək asandır və ya onların sürətli həlli yolları mövcuddur. Orta Dəhliz üzrə səmərəli marşrutun yaradılması çox vaxt aparacaq, lakin bu proses artıq başlayıb. Sülh prosesi bunun mühüm tərkib hissəsidir. Söhbət zəruri təməlin yaradılmasından gedir”, – deyə Norman qeyd edib.
Diplomat vurğulayıb ki, Böyük Britaniyanın regionda daha geniş maraqları var. Bununla belə, hazırkı mərhələdə diqqətin qarşıdakı aylarda həyata keçirilməsi mümkün olan konkret addımlara yönəldilməsi vacibdir.
MüəllifFuad
Yüklənir...
1 mənbə