Böyük Qayıdışa dair I Dövlət Proqramının ilin yekunu üçün icra vəziyyəti təhlil olunub


Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin növbəti kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramının 2026-cı il üzrə nəzərdə tutulan tədbirlərinin yekun icra vəziyyəti geniş təhlil olunub.
Bu barədə "Report"a Komitədən məlumat verilib.
Qeyd edilib ki, iclasda köçürülmə prosesi çərçivəsində siyahıların dəqiqləşdirilməsi və komissiya tərəfindən aparılan işlər, sorğuların keçirilməsi və protokolların imzalanması, bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə qayıdışın təşkili, köçürülmüş sakinlərin məskunlaşma və miqrasiya məsələlərinə nəzarətin təşkili müzakirə edilib.
Bununla yanaşı, geri qayıdan əhalinin sosial adaptasiyası, məşğulluğunun təmin olunmasına dəstək və onlar arasında maarifləndirmə-informasiya işinin gücləndirilməsi istiqamətində görülən tədbirlər nəzərdən keçirilib.
Eyni zamanda, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin səviyyəsi, payız-qış mövsümünə hazırlıq tədbirlərinin yekunlaşdırılması və istilik təchizatının dayanıqlılığı, vahid aylıq müavinətlərin ödənilməsi, Mənzil İstismar Departamentinin balansındakı qəsəbələrdə mövcud vəziyyət, eləcə də vətəndaş müraciətlərinə operativ baxılması, qəbul işinin təşkili və elektron xidmətlərdən istifadənin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Müvafiq struktur bölmələrinin rəhbərlərinin hesabatları dinlənilib, icra intizamının daha da möhkəmləndirilməsi ilə bağlı mövcud nöqsanlar qeyd edilib, rəy və təkliflər dinlənilib.
Sonda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib və aidiyyəti üzrə konkret tapşırıqlar verilib.
Dərc vaxtına görə
