“Böyük dövlətlərin razılığı dünyaya əmin-amanlıq gətirir” - Si Cinpin


Çin, Rusiya və ABŞ arasında əməkdaşlığın qlobal sülh və sabitliyin qorunmasında mühüm rol oynadığı bildirilib.
Ordu.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Şençjendə Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampla keçirilən üçtərəfli görüş zamanı deyib.
“Böyük dövlətlər həmrəylik şəraitində yaşadıqda dünyada əmin-amanlıq olur, qarşıdurmaya girdikdə isə dünya xaosa qərq olur. Bu gün dünyada yüzillik miqyaslı dəyişikliklər sürətlənir, planetdə əmin-amanlıq yoxdur. Məhz çətin dövrlərdə məsuliyyət üzə çıxır və bizim üç ölkəmiz nümunə göstərməli, bütün dünyada sülh və sabitliyi birgə qorumalı, bəşəriyyətin tərəqqisinə daha böyük töhfə verməlidir”, - deyə o bildirib.
Sevinc Əliyeva Ordu.az
Dərc vaxtına görə