Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək


Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniya yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya mindən çox uzaqmənzilli zərbə pilotsuz uçuş aparatı verəcək.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Endi Börnhemin ofisinin bəyanatında deyilir.
Yeni yardım paketinin dəyəri 260 milyon funt sterlinq təşkil edəcək. Pilotsuz uçuş aparatlarının bir hissəsi min km-dən çox məsafəni qət etmək qabiliyyətinə malikdir.
Bundan başqa, London Kiyevə dəniz, kəşfiyyat və logistika pilotsuz uçuş aparatları təqdim edəcək.
Qeyd olunub ki, ayrılan vəsaitin 80 %-dən çoxu Böyük Britaniyada satınalmalara yönəldiləcək.
Yeni hərbi yardım paketinin verilməsini Börnhem noyabrın 19-da Berlində "istəklilər koalisiyası"nın iclasında elan edəcək.
Baş nazirin sözlərinə görə, görüş iştirakçıları Ukraynaya gələcək dəstəyə, eləcə də ədalətli və uzunmüddətli sülhə nail olunmasına sadiqliklərini təsdiq edəcəklər.
Dərc vaxtına görə
Konkret.az+2 mənbə