Bossu çəkin: Fernandeş Ronaldoya istehza edib?


Millətlər Liqasında Portuqaliyanın Uels üzərində 3-2 hesablı qələbəsindən sonra sosial mediada Joao Kanselo və Bruno Fernandeşlə bağlı hadisə geniş müzakirə olunur.
Kanselo, matçın sonlarında əvəzlənən Fernandeşdən kapitan sarğısını alaraq, oyunu bu statusda bitirb.
Publika.az xəbər verir ki, “Sport TV”də yayımlanan görüntülərdə Fernandeş oyundan sonra operatordan Kanselonu çəkməsini xahiş edir. Joao gülümsəyərək qolundakı sarğıya işarə edərək “Bossu çəkin” deyir.
Bəzi azarkeşlər hadisəni komanda yoldaşları arasında sadə bir zarafat kimi qəbul etməyiblər, bunun Kriştiano Ronaldoya qarşı yönəlmiş bir istehza və təxribat ola biləcəyini irəli sürüblər.
Publika.az
