BMT süni intellektlə idarə olunan ölümcül silahlarla bağlı xəbərdarlıq edib


Birləşmiş Millətlər Təşkilatında insan müdaxiləsi olmadan hədəfləri müəyyənləşdirərək hücum həyata keçirə bilən silahların istifadəsinə dair beynəlxalq qaydaların hazırlanması müzakirə olunur.
Xitab24.az Associated Press agentliyinə istinadən xəbər verir ki, Cenevrədə keçirilən konfransda avtonom ölümcül silah sistemlərinin tənzimlənməsi ilə bağlı hüquqi qüvvəyə malik beynəlxalq razılaşma üzrə danışıqlara başlanması məsələsi gündəmə gətirilib.
Avstriya, Belçika, Braziliya, İrlandiya, Meksika, Yeni Zelandiya və Panama bu istiqamətdə rəsmi danışıqların başlanmasını təklif ediblər.
Humanitar təşkilatlar bildirirlər ki, insan həyatına dair qərarların tamamilə avtomatlaşdırılmış sistemlərə həvalə edilməsi ciddi təhlükələr yarada bilər.
ABŞ və Rusiya isə bu texnologiyaların inkişafına məhdudiyyət qoyulmasına qarşı çıxır.
Müzakirələrin nəticəsi beynəlxalq ictimaiyyətin gələcəkdə süni intellektlə idarə olunan hərbi sistemlərə necə nəzarət edəcəyinə təsir göstərə bilər.
1 mənbə