"Bir məqsədimiz var: qalib gəlmək" - Samir Məmmədov


1-ci Liqanın 8-ci turunda "Baku Sportinq"i qəbul edəcək "Mingəçevir"də baş məçqçi funksiyasını yerinə yetirən Samir Məmmədov oyun ərəfəsində fikirlərini bölüşüb.
O, Fanat.Az-a açıqlamasında belə danışıb:
"Noyabrın 14-dən məşqlərə başlamışıq. Bir məqsədimiz var: qalib gəlmək. Mingəçevirli azarkeşlərin dəstəyini hiss etmək, qələbə qazanmaq istəyirik. Meydana azarkeşlərimizi sevindirmək üçün çıxacağıq. Mingəçevir futbolu yaşamalıdır".
Qeyd edək ki, sözügedən oyun noyabrın 19-da baş tutacaq. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda oynanılacaq matçın start fiti 14:30-da səsləndiriləcək.
Nihat