Ağdaşda Dövlət Proqramına təşəbbüslə qoşulmuş fermer təsərrüfatlarına baxış keçirilib


Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev, Aqrar Tədarük və Təchizat MMC-nin sədr müavini Elşən Məmmədov, Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaradılmış Qərargah üzvlərinin iştirakı ilə Dövlət Proqramı çərçivəsində təşəbbüsə qoşulmuş fermer təsərrüfatlarına yerində baxış keçirilib.
Sonra rayon İcra Hakimiyyətində Prezident Administrasiyasının nümayəndəsinin və Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi, eləcə də Qərargah üzvlərinin iştirakı ilə iclas keçirilib.
İclasda Dövlət Proqramından irəli gələn vəzifələrin rayonda icra vəziyyəti, fermer təsərrüfatlarının təşəbbüslərə cəlb olunması, qarşıda duran prioritet məsələlər və görüləcək işlər ətraflı müzakirə edilib. İcra prosesində koordinasiyanın təmin edilməsi, mövcud məsələlərin operativ həlli və qarşıya qoyulmuş vəzifələrin vaxtında yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Qeyd olunub ki, Dövlət Proqramının uğurlu icrası kənd təsərrüfatının inkişafı, fermer təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi və aqrar sahədə istehsal potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
1 mənbə