Binəqədi-Novxanı şosesində aparılan tikinti işləri narahatlıq doğurub


4 mənbə əsasında
Paytaxtın Binəqədi-Novxanı şosesinin kənarında avtoyuma məntəqəsi üçün nəzərdə tutulduğu ehtimal olunan metal konstruksiyalar quraşdırılır. Hazırda ilkin mərhələdə olan bu işlərin qanunsuz həyata keçirildiyi iddia olunur. Ərazidə obyektin kimə aid olduğunu, torpağın təyinatını və ya tikinti icazəsini göstərən hər hansı məlumat lövhəsi mövcud deyil. Bu vəziyyət yol kənarında aparılan tikintinin qanuniliyi ilə bağlı suallar ortaya çıxarıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Binəqədi-Novxanı şosesində müəmmalı tikinti: İcazə varmı, yoxsa?.. - VİDEO
Bakının Binəqədi-Novxanı şosesində qanunsuz tikinti aparıldığı iddia olunur. Söhbət yolun kənarında avtoyuma məntəqəsi üçün quraşdırıldığı bildirilən metal konstruksiyalardan gedir. Patrul.az xəbər verir ki, ərazidə aparılan işlər hələ ilkin mərhələdə olsa da, artıq bir sıra suallar doğurub. Belə ki, tikinti sahəsində hər hansı məlumatlandırıcı lövhə yerləşdirilməyib. Obyektin kimə məxsus olduğu, torpaq sahəsinin təyinatı və tikinti işlərinin hansı icazə əsasında aparıldığı barədə məlumat əldə etmək mümkün deyil. Xüsusilə yol kənarında belə bir obyektin inşasına başlanılması diqqət çəkir. Görəsən, aidiyyəti qurumların bu tikintidən xəbəri varmı? Əraziyə baxış keçirilibmi? Əgər tikinti zamanı hər hansı qanun pozuntusuna yol verilirsə, bunun qarşısı niyə indiyədək alınmayıb? Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq. Gözləntimiz odur ki, əraziyə baxış keçirilsin, tikintinin qanuniliyinə hüquqi qiymət verilsin və nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat təqdim olunsun.
Tam oxu Realnews.az saytındaDərc vaxtına görə
Realnews.azoxuduğunuz
Binəqədi-Novxanı şosesində müəmmalı tikinti: İcazə varmı, yoxsa?.. - VİDEO