Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib


İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Türkiyədə müəyyən edilən daha bir şəxsin noyabrın 19-da Bakıya ekstradisiyası həyata keçirilib.
Bu barədə Moderator.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Belə ki, 2019-cu ildə "RX.SƏRDAROĞULLARI HOLDİNQ" MMC-nin direktoru vəzifəsində işləyərkən və eyni zamanda faktiki olaraq baş mühasib vəzifəsini icra edərkən, ona etibar olunmuş özgə əmlakını mənimsəyərək talamaqla xeyli miqdarda, ümumilikdə 445.000 manat pul vəsaitini maliyyə əməliyyatları həyata keçirmək və əqdlər bağlamaqla cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 193-1.3.2-ci maddələri) ittiham olunan Azərbaycan vətəndaşı Səfərova Zinyət Məmmədrəsul qızının yeri Türkiyədə müəyyən olunub və o, həbs edilib.
Nazirliyin sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Səfərova Zinyət Məmmədrəsul qızı Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Türkiyədən Azərbaycana gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
RU
22:00, Bu gün Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
21:43, Bu gün Azərbaycan XİN Gürcüstana başsağlığı verdi - FOTO
21:30, Bu gün "Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - Foto
21:21, Bu gün "1-ci katib olmaq üçün mübarizə aparan Həsən Həsənov meydandakı tribunada çox məmnun vəziyyətdə durmuşdu..."
21:20, Bu gün Türkiyə dünya aviasiya tarixində ilkə imza atdı
21:12, Bu gün Milli Məclisin sədri MDB PA-nın Şura iclasında iştirak edib - FOTO
21:03, Bu gün Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
21:00, Bu gün Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib - Foto
20:43, Bu gün Bakı küçəsi olan Vyetnama səfər-Heydər Əliyevin izi ilə…
20:20, Bu gün Vəkil Orxan Kəngərli həbs edildi
Dərc vaxtına görə
