Beyləqan Rayon İcra Hakimiyyəti 25 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı


Beyləqan Rayon İcra Hakimiyyəti yolların təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədilə keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.
32gun.az-ın əldə etdiyi məlumata görə, icra hakimiyyəti Beyləqan şəhərinin küçələrində yolların əsaslı təmir işləri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması üzrə "Kumex" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 4701273241) ilə müqavilə bağlayıb. Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 15.000,15 AZN (15 min manatdan çox) təşkil edir.
Əldə etdiyimiz digər məlumata görə, satınalmanın qalibi olan "Kumex" MMC-nin dövlət büdcəsinə 24.944,04 AZN (24,9 min manatdan çox) vergi borcu mövcuddur.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Qusar rayonu, Yuxarı Ləyər kəndində hüquqi qeydiyyatda olan MMC-nin nizamnamə kapitalı cəmi 10 AZN, qanuni təmsilçisi isə Adəm Xalid oğlu Yunusovdur.
Ayaz
1 mənbə
