"Beşiktaş"ın baş məşqçisi komandadan ayrılır? - Prezidentdən sərt açıqlama


İDMAN
Bugün, 09:00
"Beşiktaş"ın baş məşqçisi Vincenzo Italiano başqa bir komanda ilə danışıqlar aparır. O, İstanbul klubundan ayrılmağı düşünür.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumat gündəmə "bomba" kimi düşüb.
Klub prezidenti Serdal Adalı Vincenzo xəbərə operativ reaksiya verib. O, Italiano ilə klubun daha 1,5 il müdətinə müqaviləsinin mövcudluğunu xatırladıb: "Vincenzo İtalyanonun "Beşiktaş"la müqaviləsinin müddətinin bitməsinə hələ 1,5 il qalıb. O, heç yerə getməyəcək, burada qalacaq. Baş məşqçi "Beşiktaş"ı, "Beşiktaş" da onu çox sevir".
Prezident sosial mediada və bəzi media orqanlarında məşqçilər heyətinə və oyunçulara ünvanlanan sərt tənqidlərə də toxunub: "Bəzi məsələlərə hələlik toxunmaq istəmirəm. Ancaq maraqlıdır ki, "Beşiktaş" yüksəlişə keçən kimi, sanki bu şeylər başlayır, biriləri məşqçiyə, oyunçulara, hücumçuya ağıl verməyə çalışır və ya onları təhqir edirlər".
Fərid
MİA.AZ
1 mənbə
