Bərbərxana və gözəllik salonları üçün yeni vergi güzəştləri tətbiq olunacaq


Bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər üçün yeni vergi güzəştləri tətbiq olunacaq. Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Dəyişikliklərə əsasən, bu sahədə fəaliyyət göstərən sahibkarların POS-terminal vasitəsilə əldə etdikləri dövriyyənin 50 faizi müəyyən müddətə vergi tutulan ümumi dövriyyədən çıxılacaq. Eyni zamanda, xidmətlərin dəyərini nağdsız ödəyən müştərilərə də ödəniş məbləğinin 0,9 faizi geri qaytarılacaq. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər bərbərxanaların, gözəllik salonlarının və kosmetoloji mərkəzlərin vergi öhdəliklərinə, eləcə də bu xidmətlərdən istifadə edən istehlakçıların əldə edəcəyi güzəştlərə aiddir. Dəyişikliklərdən biri həmin sahədə fəaliyyət göstərən sahibkarların ƏDV güzəştindən əldə etdikləri gəlirlərin gəlir və mənfəət vergisindən azad edilməsidir. Belə ki, ƏDV hesablanarkən POS-terminal vasitəsilə aparılan nağdsız ödənişlər üzrə dövriyyənin 50 faizinin vergi tutulan ümumi dövriyyədən çıxılması nəticəsində yaranan gəlirlər fiziki şəxslər üçün gəlir vergisindən, digər şəxslər üçün isə mənfəət vergisindən azad ediləcək. Digər mühüm dəyişiklik bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərə göstərilən xidmətlər üzrə nağdsız ödənişlərə aiddir. 2027-ci il yanvarın 1-dən etibarən bu sahədə POS-terminal vasitəsilə aparılan ödənişlər əsasında formalaşan dövriyyənin 50 faizi 3 il müddətinə sahibkarların vergi tutulan ümumi dövriyyəsindən çıxılacaq. Bu güzəştin tətbiqi üçün nağdsız ödənişlər nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə həyata keçirilməlidir. Dəyişikliklər sahibkarların sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu da əhatə edir. Belə ki, ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərin fəaliyyəti ilə məşğul olan şəxslər 2027-ci il
Bu xəbərin tam mətnini mənbədən almaq alınmadı.
Orijinalı Reportyor.az saytındaDərc vaxtına görə
Reportyor.azoxuduğunuz
Bərbərxana və gözəllik salonları üçün yeni vergi güzəştləri tətbiq olunacaq
