Bəqai: İran 2003-cü ildə İraqa qarşı irəli sürülən ittihamlarla üz-üzə qalıb


"İranın nüvə təhdidi" ilə bağlı genişmiqyaslı narrativdən sonra ABŞ rəsmiləri indi də İranın bioloji və ya kimyəvi silahlar hazırladığına dair əlamətlərin mövcud olduğunu iddia edirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirlyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.
"İddialar daim dəyişir, lakin onların arxasında dayanan narrativ narahatedici dərəcədə tanış olaraq qalır", - o bildirib.
O, 2003-cü ildə İraqın kütləvi qırğın silahlarına malik olması ilə bağlı əsassız kəşfiyyat məlumatlarının hərbi müdaxiləyə zəmin yaratmaq məqsədilə siyasi vasitəyə çevrildiyini xatırladıb və hazırda İrana qarşı eyni addımların atıldığını bildirib:
"İndi isə yenidən narahatedici iddialarla və sanki eyni saxta ssenari üzrə inkişaf edən narrativlə qarşı-qarşıyayıq".
Dərc vaxtına görə