Bellingem: "Futboldan başqa sahələrdə o qədər də bacarıqlı deyiləm"


İngiltərə millisinin və "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem gündəlik həyatda bəzi işlərdə təcrübəsiz olduğunu etiraf edib.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı futbolçu bu barədə belə danışıb: "Futbol baxımından özümü yetkin hesab edirəm, çünki demək olar 400 oyunda çıxış etmişəm. Amma gündəlik həyatda, açığı, özümü o qədər də yetkin hiss etmirəm. Yemək bişirməyi bacarmıram, maşın sürmürəm... Öz işimdə yaxşıyam, amma digər sahələrdə elə də uğurlu deyiləm. Dostlarımın, ailəmin – aşpazın, təmizlikçimizin, anamın və başqalarının köməyinə arxalanıram. Hər gün, bütün gün işləyirəm, evə qayıdanda isə bəzən ən sadə işləri belə öyrənməyə vaxt ayırmamış oluram. Amma inanıram ki, bunun üçün hələ vaxt və imkan olacaq".
1 mənbə
