Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin yeni rektoru təyin olunub


71 mənbə əsasında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla Məleykə Mehdi qızı Abbaszadə yeni vəzifəyə təyin edilib. O, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad olunaraq Bakı Dövlət Universitetinin rektoru təyin olunub. Bu təyinatla əlaqədar olaraq 2019-cu ildən universitetə rəhbərlik edən Elçin Babayev həmin vəzifədən azad edilib. Məleykə Abbaszadə universitetin tarixində ilk qadın rektor kimi qeyd olunur.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
BDU-nun yeni rektoru Məleykə Abbaszadə kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Yenisirvanli.İnfo.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Bakıvaxtı.az BDU-nun yeni rektorunun dosyesini təqdim edir: Məleykə Abbaszadə 23 fevral 1953-cü ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirib. 1988-ci ildə Kiyevdə namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi dərəcəsi alıb. O, 1975-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda, SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində, Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda, Azərbaycan Neft-Kimya İnstitutunda və İstedad assosiasiyasında müxtəlif elmi və rəhbər vəzifələrdə çalışıb. 1994-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin birinci müavini təyin edilib. 2000-ci ilin oktyabrından 2016-cı ilədək TQDK-nın sədri vəzifəsində işləyib. 2016-cı ildə Dövlət İmtahan Mərkəzi yaradıldıqdan sonra qurumun Direktorlar Şurasının sədri təyin edilib. 23 iyul 2024-cü il tarixində isə DİM İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Məleykə Abbaszadə Azərbaycanda tələbə qəbulu proseslərinin avtomatlaşdırılmasına rəhbərlik edib, Abituriyent jurnalının təsisçisi olub və BMTİP-in informasiya-kommunikasiya texnologiyaları layihələrində milli koordinator kimi çalışıb. Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 2013-cü ildə Şöhrət ordeni, 2023-cü ildə isə Şərəf ordeni ilə təltif edilib. Yenisirvanli.İnfo.Az
Tam oxu Yeni Şirvanlı saytındaDərc vaxtına görə
Yeni Şirvanlıoxuduğunuz
BDU-nun yeni rektoru Məleykə Abbaszadə kimdir? – DOSYE