Azərbaycan Ordusunun bu istiqamətdə irəliləməsi… – Paşinyan


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin suveren ərazilərinin hər hansı hissəsindən qoşunların geri çəkilməsi ilə bağlı heç vaxt göstəriş vermədiyini deyib.
Globalinfo.az xəbər verir ki, o, xüsusilə Qara göl ərazisindən hərbçilərin geri çəkilməsi barədə əmr vermədiyini vurğulayıb.
“Müharibəni dayandırdığım üçün hazırda hakimiyyətdəyəm”, – Paşinyan bildirib.
Qeyd edək ki, Qaragöl ətrafında yaranmış vəziyyət 2021-ci ilin mayında Azərbaycan-Ermənistan sərhədində gərginliyə səbəb olmuşdu. Həmin vaxt Ermənistan tərəfi Azərbaycan hərbçilərinin Sünik (Zəngəzur) istiqamətində irəlilədiyini iddia etmişdi. Azərbaycan tərəfi isə hərbçilərimizin dövlət sərhədinə çıxdığını bildirmişdi.
Xatırladaq ki, işğal dövründə Ermənistan dövlət sərhədində bəzi istiqamətlərdə mövqelərini irəli çəkmişdi.
Safura Bənnayeva Globalinfo.az