Bakı Dövlət Universitetinin müəllimi Nəriman Süleymanovun qəfil vəfatı ilə bağlı açıqlama


17 mənbə əsasında
Bakı Dövlət Universitetinin müəllimi Nəriman Süleymanovun qəfil vəfatından sonra onun həyat yoldaşı, jurnalist Şərəf Cəlili açıqlama yayıb. O, həyat yoldaşının bir rektorun qurbanı olduğunu iddia edərək sərəncama diqqət yetirilməsini istəyib. Ehtimallara görə, bu açıqlama BDU-nun rektoru Elçin Babayevin vəzifədən azad edilməsi ilə əlaqədardır. Xatırladaq ki, ölümündən bir neçə gün əvvəl Nəriman Süleymanovun adı tələbələrə qarşı qeyri-etik hərəkətlərdə hallanıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
BDU-nun müəllimi rektorun qurbanı olub? – Xanımı danışdı
İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu. Mediaxeberleri.Az xbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında tanınmış jurnalist Şərəf Cəlili həyat yoldaşı, Bakı Dövlət Universitetinin müəllimi Nəriman Süleymanovun qəfil vəfatı ilə bağlı danışarkən deyib. ”Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq”, - Ş.Cəlili bildirib və əlavə açıqlamadan imtina edib. Şərəf Cəlilinin bu gün BDU-nun rektoru Elçin Babayevin vəzifədən azad edilməsini nəzərdə tutduğu təxmin edilir. Ancaq təfərrüat məlum deyil. Xatırladaq ki, bir neçə gün öncə N.Süleymanovun adı tələbələrinə qarşı qeyri-etik hərəkətlərə yol verməkdə hallanmışdı. N.Süleymanov 1967-ci ildə İsmayıllı rayonunun Quşencə kəndidə doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində 1990-95-ci illərdə təhsil alıb. O, ali təhsilindən sonra fəaliyyətini BDU-da davam etdirib, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi idi. Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri sabiq millət vəkili, professor Rəbiyyət Aslanovadır.
Tam oxu Media Xəbərləri saytındaDərc vaxtına görə