"Bazalt Constructi̇on" MMC-nin 170 min manatdan çox vergi borcu yaranıb


Paytaxtın Binəqədi rayonunda hüquqi qeydiyyatda olan "Bazalt Constructi̇on" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti dayandırılıb və şirkətin dövlət büdcəsinə külli miqdarda vergi borcu var.
32gun.az-ın əldə etdiyi xəbərə görə, sözügedən müəssisə bağlanaraq vergi uçotunda passiv vergi ödəyicisi statusuna keçirilib.
Əldə etdiyimiz digər məlumata görə, fəaliyyətini dayandıran şirkətin hazırkı vergi borcu 170.451,88 AZN (170,4 min manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 2-ci küçəsi, ev 167 ünvanında yerləşən MMC-nin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Emil Vahid oğlu Baxşiyevdir.
Nilay
Dərc vaxtına görə
