Bayır şəhər sakinləri HARAY ÇƏKİR... - ÇARƏSİZLİK...


"Bayır şəhər sakinlərinin zülmü davam edir. Bakı şəhər icra hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılov hər gün yeni oyunbazlığı ilə vətəndaşlara qarşı necə düşmən münasibəti bəslədiyini gizlətmir..."
"DİA-AZ" xəbər verir ki, bu sözlər sözügedən ərazidə yaşayan sakinlər adından edilən müraciətdə yer alıb.Müraciətdə daha sonra deyilir: "Guya istirahət zonaları yaradılacaq. Bu məqsədlə sakinlərin şəxsi mülkiyyətlərini zorla hətta, təhqir edərək əllərindən alırlar. Çox halda isə əşyaları qarışıq başına uçurur, get hara istəyirsən şikayət et, deyə vətəndaşlarin hissləri ilə əylənirlər.26 iyun 2025-ci il tarixindən bu günə kimi ələ keçirdikləri "qənimətlərini" sakinləri bezdirmək məqsədilə bayram günləri, şənbə və bazar günləri səs-küylə dağıdırlar ki, insanlar bezsin. Gecələr də ağır texnika ilə səs salaraq yatmağa qoymurlar. Qaz, su, günlərlə olmur.İnfakt, insult, şəkər, bronxit, pnevmaniya, plevrit xəstəliyinə tutulanların sayı yüzlərlədir.Hətta bu şiddətdən vəfat edənlər də var.Nəzərə alsaq ki, ərazidə on minə yaxın əhali yaşayır (dı) bu qədər vətəndaşların nə az nə çox... bir il yarımdır ki, həyatını CƏHƏNNƏMƏ çeviriblər ki, istirahət zonaları yaradırıq. Bütün bu quldurluq əməllərinə Bakı şəhər İcra Hakimiyyətinin Nəzarət və Tikinti şöbəsinin müdiri Zülfəli İsmayılov rəhbərlik edir.Bu zaman isə paytaxt Bakının tarixi abidələri "uf" demədən buldozerin ağzına verilir... Və ən dəhşətlisi isə odur ki, bütün bunlar hamının gözləri qarşısında baş verir... Şikayətlərimizi isə eşidən yoxdur..."
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.