“Bayern”də arxayınlıqdır: “Real”ın prezidenti əmin edib ki...


“Bayern”in prezidenti Herbert Hayner klubun Maykl Olisni satmaq planlarının olmadığını bildirib.
Publika.az xəbər verir ki, Hayner Almaniya mətbuatına verdiyi açıqlamada “Real”ın prezidenti Pereslə görüşün detallarını da açıqlayıb.
– Yayda “Real Madrid”in prezidenti Florentino Peresin yanına getdiniz. Maykl Olise haqqında danışdınızmı?
– “Adidas” şirkətinin baş direktoru kimi əvvəlki vəzifəm sayəsində Florentino Peresi 25 ildən çoxdur tanıyıram və aramızda dostluq münasibətləri var. Buna görə də onun “Real Madrid” Universitetinin məzunları qarşısında məzun nitqi söyləmək üçün Madridə dəvətini qəbul etməkdən məmnun oldum.
Əlbəttə ki, biz həmçinin Maykl Olise haqqında da danışdıq.
– Nə qənaətə gəldiniz?
– O, mənə əmin etdi ki, “Real Madrid” heç vaxt Maykl Olise və ya onun agenti ilə danışıqlar aparmayıb. Biz bu vəziyyətə sakit yanaşırıq. Mayklın “Bayern”lə müqaviləsi 2029-cu ilə qədərdir. Məqsədimiz onu uzun illər komandada saxlamaqdır ki, “Real Madrid” məsələsi heç vaxt ortaya çıxmasın.
– “Bayern” Olise üçün 250 və ya hətta 300 milyon avroluq təklifi rədd edə bilərmi?
– Baş direktor vəzifəsində çalışdığı dövrdə tez-tez bunu deyən Karl-Haynts Rummeniqqenin sözlərini sitat gətirmək istərdim: “Biz oyunçu satan klub deyilik, onları alan klubuq”. O vaxtdan bəri heç nə dəyişməyib.\
Hər şeyə yalnız maliyyə baxımından baxmaq olmaz. Bir oyunçunun oyun tərzimizə nə dərəcədə uyğun gəldiyini, şəxsiyyətini, xarakterini və əlbəttə ki, bir insan kimi bizə nə qədər yaxın olduğunu nəzərə almalısınız. Maykl burada özünü rahat hiss edir və “Bayern”də nələrə sahib olduğunu başa düşür.
Müəllif: Tural
